Bakı. 10 iyun. REPORT.AZ/ Həştərxanda iyunun 12-28-də Azərbaycanda keçiriləcək "Bakı-2015" I Avropa oyunlarına həsr olunan xüsusi aksiya baş tutacaq. "Report" Həştərxan vilayəti qubernatorunun mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 10-da Heydər Əliyev adına bağda keçiriləcək xüsusi aksiya zamanı Həştərxan sakinləri I Avropa oyunlarına öz dəstəklərini nümayiş etdirə biləcəklər.
Bundan başqa, Bakıdakı oyunların açılış mərasimində Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin də iştirak edəcək.