Bakı. 28 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunları çərçivəsində cüdo üzrə komanda yarışlarına yekun vurulub. "Report"un məlumatına görə, kişilər arasında komanda yarışında qızl medallar Fransaya qismət olub. Gürcüstan gümüş, Rusiya və Ukrayna isə bürünc medallara sahib çıxıb.
Qadınlar arasında komanda yarışında da qızıl medallara Fransa sahib olub. Almaniya gümüş, İtaliya və Sloveniya isə bürünc medallar qazanıb.
*** 11:25
Bakı. 28 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunları çərçivəsində cüdo üzrə komanda yarışlarına start verilib. "Report"un məlumatına görə, yarış kişi və qadınlar arasında keçirilir.
Azərbaycanın kişilərdən ibarət komandası mübarizədən çəkilməyə qərar verib. Nəticədə qalib adı uğrunda Rusiya, Ukrayna, Sloveniya, Fransa, Portuqaliya, Gürcüstan, Çexiya, İspaniya, Almaniya və Macarıstanın vuruşacağı dəqiqləşib.
Qadınların yarışına isə cəmi 7 ölkə qatılıb: Fransa, Sloveniya, İtaliya, Almaniya, Macarıstan, Polşa və Rusiya.
Foto: Orxan Əzim