Bakı. 12 iyun. REPORT.AZ/ Böyük Britaniya Xarici İşlər Nazirliyinin parlamentlə əlaqələr üzrə dövlət katibi Tobias Elvud Azərbaycana gəlib.
"Report" xəbər verir ki, o, iyunun 12-də birinci Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək.
Xatırladaq ki, iyunun 12-də başlayacaq I Avropa Oyunları ayın 28-dək davam edəcək.