Bakı. 10 may. REPORT.AZ/ Sabah - mayın 11-də Bakıda birinci Avropa Oyunları “Alovqoruyanları”nın yürüşü keçiriləcək.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsindən “Report”a verilən məlumata görə, yürüş saat 09.30-da Dənizkənarı Milli Parkda, Park Bulvarın qarşısından start götürəcək və 10.00-da Yeni Bulvardakı karuselin (Yeni “Chertovo Koleso”) yanında başa çatacaq.