Bakı. 11 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının məşəli növbəti yürüşünə başlayıb. "Report"un məlumatına görə, məşəl ilk olaraq "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinə (BEGOC) gətirilib.
Məşəli həmin ünvana BEGOC-un əməliyyatlar üzrə direktoru Saymon Kleq çatdırıb. Onu komitənin əməkdaşları alqışlarla qarşılayıb.