Bakı. 13 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının açılış mərasiminə xərclənən məbləğ açıqlanıb. "Report"un məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov bildirib.
O deyib ki, Bakı Olimpiya Stadionundakı tədbirin dekorasiya və təşkilinə 100 milyon manat sərf olunub.