Bakı. 23 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında badminton yarışları davam edir. "Report"un məlumatına görə, bu gün Azərbaycan kişilər arasında tək və cütlərdən ibarət yarışında təmsil olunacaq.
Saat 09:40-da Kənan Rzayev maltalı Samuel Kali ilə görüşəcək. Cütlüyün yarışı isə axşam saat 20:00-da baş tutacaq. K.Rzayev və Orxan Qələndərovdan ibarət cütlüyün rəqibi isə fransalı Bastian Kersaudi və Qaetan Mittelheisser olacaq.
Qeyd edək ki, badminton yarışına iyunun 28-də yekun vurulacaq.