Azərbaycanın yeganə qadın boksçusu Avropa Oyunları ilə vidalaşıb

Azərbaycanı Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında təmsil edən yeganə qadın boksçu Məryəm Cəbrayılova çıxışını başa vurub. 

"Report"un məlumatına görə, 69 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində macarıstanlı Vivyen Budai ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan idmançısının məğlubiyyəti ilə başa çatıb - 1:4.

Digər xəbərlər