Bakı. 27 iyun. REPORT.AZ/ Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandasının üzvləri "Bakı 2015" I Avropa Oyunlarında bürünc medalı əldən vermələrindən çox təsirləniblər. "Report"un məlumatına görə, oyundan sonra media önünə gəlməyə hazırlaşan Oksana Kurt göz yaşlarını boğa bilməyib.
Nəticədə o, heç bir açıqlama vermədən geri qayıdıb.
Yığmanın digər üzvü Ayşən Əbdüləzimova da "Report"un əməkdaşının sualına "Bağışlayın, heç bir açıqlama verə bilməyəcəyəm" deyə reaksiya verib.
Qeyd edək ki, Azərbaycan millisi bürünc medal qarşılaşmasında Serbiyaya "tay-breyk"də uduzub - 2:3.