Bakı. 19 iyun. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanın daha 2 taekvondoçusu mübarizəyə qoşulub. "Report"un məlumatına görə, ilk olaraq qadınlar arasında keçirilən yarışda Marina Tedeyeva iştirak edib.
+67 kq çəkidə onun rəqibi ukraynalı Marina Koniyeva olub. İlkin raunddakı görüş Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb - 4:10.
Qeyd edək ki, Radik İsayev isə hollandiyalı Jeroen Vanuiylə üz-üzə gələcək.