Bakı. 15 iyun. REPORT.AZ/ Azərbaycanın qadın güləşçisi Mariya Stadnik 48 kq çəkidə qızıl medal uğrunda mübarizəyə qoşulub. "Report"un məlumatına görə, o, "Bakı 2015" I Avropa Oyunlarının həlledici görüşündə Bolqarıstan idmançısı Elitsa Yankovanı məğlub edib.
Gərgin keçən yarışın sonunda Stadnik 12:1 hesabı ilə qalib gəlib.
Qadın pəhləvanın yarışını Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva də izləyib.
Qeyd edək ki, Mariya Stadnik ilk görüşdə portuqaliyalı Lilian Santosu (12:2), 1/4 finalda fransalı Julie Sabatieni (11:0), yarımfinalda isə isveçli İvona Matkovskanı (8:2) məğlub edib.