Bakı. 14 İyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycan milli komandası daha bir qızıl medal qazanıb. "Report"un məlumatına görə, bu uğura 75 kq çəki dərəcəsində çıxış edən Elvin Mürsəliyev imza atıb.
Mürsəliyev finalda serbiyalı Viktor Nemesi 3:1 hesabı ilə məğlub edib.
Bununla da Azərbaycan qızıl medallarının sayını 6-ya, bütünlükdə isə 12-yə çatdırıb.