Bakı. 24 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında qılıncoynatma yarışları davam edir. "Report"un məlumatına görə, bu gün Azərbaycanın 4 qılıncoynadanı yarışlarda qüvvəsini sınayacaq.
Kişilər arasında keçiriləcək fərdi şpaqa döyüşlərində Kənan Əliyev, Nəcəf Məhərrəmov, Vəkil Nəsibov və Mehrab Həsənov iştirak edəcək. Onların ilk rəqibləri müvafiq olaraq Macarıstan, Fransa, İsveçrə və İtaliya idmançıları olacaq.
Qeyd edək ki, iyunun 23-dən start götürən qılıncoynatma yarışlarına ayın 27-də yekun vurulacaq.