​Azərbaycan taekvondo yarışlarında daha bir qızıl medal qazanıb

Bakı. 19 iyun. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarında taekvondo yarışlarına yekun vurulub.

"Report"un məlumatına görə, Radik İsayev son yarış günü qızıl medal qazanıb.

O, +80 kq çəki dərəcəsində rusiyalı Vladislav Larinlə qarşılaşıb və 4:3 hesab ilə qalib gəlib. Nəticədə Azərbaycan qızıl medallarının sayını 13-ə çatdırıb.

Digər xəbərlər