Bakı. 13 İyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında ikinci yarış günü ilk medallar sahiblərini tapıb. "Report"un məlumatına görə, bu gün 4 növ üzrə 13 dəst medal qazanılıb.
Onlara Avropanın 50 iştirakçı ölkəsindən 17-si yiyələnib. Azərbaycan günü 7 medalla – 3 qızıl, 1 gümüş, 3 bürünclə başa vurub. Bu göstəricidə ölkəmiz medal sayında birinci, medal əyarında isə ikinci olub. Medal əyarında birinci yeri isə 3 qızıl, 2 gümüş, 1 bürünc medal əldə edən İsveçrə tutub.
| N | ÖLKƏLƏR | QIZIL | GÜMÜŞ | BÜRÜNC | CƏMİ |
| 1. | İsveçrə | 3 | 2 | 1 | 6 |
| 2. | AZƏRBAYCAN | 3 | 1 | 3 | 7 |
| 3. | Rusiya | 3 | 0 | 0 | 3 |
| 4. | Fransa | 2 | 1 | 3 | 6 |
| 5. | Türkiyə | 2 | 1 | 2 | 5 |
| 6. | İtaliya | 0 | 2 | 0 | 2 |
| 7. | Xorvatiya | 0 | 1 | 2 | 3 |
| 8. | Belarus | 0 | 1 | 1 | 2 |
| 9. | Avstriya | 0 | 1 | 0 | 1 |
| 9. | Macarıstan | 0 | 1 | 0 | 1 |
| 9. | Hollandiya | 0 | 1 | 0 | 1 |
| 12. | Ukrayna | 0 | 1 | 0 | 1 |
| 13. | Bolqarıstan | 0 | 0 | 1 | 1 |
| 13. | Almaniya | 0 | 0 | 1 | 1 |
| 13. | Makedoniya | 0 | 0 | 1 | 1 |
| 13. | Polşa | 0 | 0 | 1 | 1 |
| 13. | İsveç | 0 | 0 | 1 | 1 |