Azərbaycan gimnastlarının medal şansları - TƏHLİL

Bakı. 4 mart. REPORT.AZ/ Bu gün gimnastika Növləri üzrə Birgə Açıq Azərbaycan Çempionatına start verilib. "Report"un məlumatına görə, çempionat "Bakı hazırlaşır” şüarı altında Avropa Oyunlarına hazırlıq istiqamətində silsiləvi yarışlar çərçivəsində keçirilir. 

Mübarizə gimnastikanın beş növü üzrə 22 ölkədən ümumilikdə 131 gimnast arasında gedəcək. Milli Gimnastika Arenasında təşkil olunan çempionatda Azərbaycan idmançıları gimnastikanın bədii və aerobika növlərində 2014-cü il dünya çempionatının qalibləri olan rusiyalı və rumıniyalı idmançıları üstələyəcəklərinə ümid edirlər.

Rusiyalı idmançı Yana Kudryavtseva dünya çempionatlarında fərdi çoxnövçülük yarışlarında 2013 (Kiyev, Ukrayna) və 2014-cü (İzmir, Türkiyə) illərdə qızıl medal qazanıb və eyni zamanda 2014-cü ildə keçirilmiş komanda yarışlarında Rusiyaya qələbə ilə qayıdıb. O, son iki çempionatda bədii gimnastika üzrə liderdir. Marina Durunda (Azərbaycan) 2014-cü ildə əldə etdiyi 6-ci yer nəticəsini yaxşılaşdıracağına və Kudryavtsevaya layiqli rəqib olacağına ümid edir.

Rusiya komandasının üzvləri Daria Avtonomova, Anastasiya Maksimova və Mariya Tolkaçeva son dünya çempionatında bədii gimnastika üzrə qrup hərəkətləri kateqoriyasında əldə etdikləri qızıl medal nəticəsini Bakıda təkrarlamaq istəyirlər. Bu komanda həmin çempionatda top və lentlərlə 3+2 alətlər finalında 9,050 bal toplayaraq Bolqarıstan və Belarus komandaları üzərində qələbə qazanıb.

Aerobika gimnastikasında Rumıniya komandası son iki mövsümün məğlubedilməzidir. Bu komanda 2014-cü ildə keçirilmiş dünya çempionatında (Kankun, Meksika) trio, qrup və qarışıq cütlüklər kateqoriyalarında, 2013-cü ildə baş tutmuş Avropa çempionatında (Ark, Fransa) isə trio və qarışıq cütlüklər kateqoriyalarında qızıl medala yiyələnib. Rumıniyanın son vaxtlar medal qazanan komanda üzvlərindən yalnız Maria Bianka Qorqovan və Daçian Barna Birgə Açıq Azərbaycan Çempionatında iştirak edəcəklər. Onlar qrup kateqoriyasında Qabriel Bosker, Lusian Savulesku və Lavinia Panaete ilə birgə birinciliyi saxlamaq niyyətindədirlər.

İdman gimnastikası – kişilər

İdman gimnastikası – qadınlar

Akrobatika gimnastikası

Aerobika gimnastikası

Bədii gimnastika

Batut gimnastikası

Digər xəbərlər