Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycanın "Bakı 2015" I Avropa Oyunlarındakı ilk təmsilçiləri Tatyana Nikitina və Yekaterina Valiulinadan ibarət duet ilk çıxışlarını başa vurub. "Report"un məlumatına görə, bu cütlüyün çıxışına hakimlər 71,4333 bal qiymət veriblər.
Bu nəticə ilə Nikitina - Valiulina dueti 20 iştirakçı arasında 18-ci yeri tutub. İlk 10-luğa düşə bilməyən azərbaycanlı cütlük finala yüksəlməyib və mübarizəni dayandırıb.