Bakı. 27 iyun. REPORT.AZ/ Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən Xaybula Musalov gümüş medal qazanıb. "Report"un məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən X.Musalov finalda gənclər arasında Avropa çempionatının gümüş medalçısı irlandiyalı Maykl Oreylliyə uduzub - 0:3.
Bu çəki dərəcəsində bürünc medallara Rusiya idmançısı Maksim Koptyakov və macarıstanlı Zoltan Harcsa layiq görülüb.
Bununla da Azərbaycan millisi günü 3 qızıl və 1 gümüş medalla başa vurub.