Bakı. 13 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycan milli komandası ilk medalını qazanıb. "Report"un məlumatına görə, həmin medala 55 kq çəki dərəcəsində yer alan İlahə Qasımova sahib olub.
Qasımova 3-cü yer uğrunda görüşdə ispaniyalı Kristina Ferrer Qarsianı 5:2 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.
Fransalı Emili Tuy qızıl, xorvatiyalı Yelena Kovaçeviç gümüş medal qazanıb.