Bakı. 14 iyun. REPORT.AZ/ "İdmançıların nailiyyətlərini gördükdə özümü nazir yox, xalqın nümayəndəsi kimi hiss edirəm". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.
"Bakı 2015" I Avropa Oyunlarında Azərbaycan idmançılarının çıxışlarını dəyərləndirən nazir sevincinin həddi-hüdudunun olmadığını bildirib: "Mən də hamı ilə birgə sevinirəm. O anlar sözsüz ki, unudulmazdır".
Azərbaycanın qalan idmançılarının çıxışları barədə proqnoz vermək istəməyən A.Rəhimov "Medalların sayı dünya və Avropa çempionatları ilə müqayisədə daha çox olmalıdır" deyib.
Qeyd edək ki, Azərbaycan idmançıları I Avropa Oyunlarının ikinci yarış günündə 7 medal qazanıb.