Bakı. 28 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının Bağlanış Mərasimindən əvvəl Bakı Olimpiya Stadionu ətrafında ağacəkmə kampaniyası keçirilib. "Report"un məlumatına görə, kampaniyaya Oyunlara qatılan 50 ölkənin nümayəndə heyətinin rəhbərləri qatılıb.
Onlar stadionun çölündəki boş sahəyə hərəyə 1 ədəd olmaqla, 50 ağac əkiblər.
Qeyd edək ki, Bağlanış Mərasimi bu gün saat 20:15-də başlanacaq.