Bakı. 27 may. REPORT.AZ/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) əməkdaşlarından ibarət komanda ilə "Bakı 2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməkdaşları arasında yoldaşlıq oyunu keçirilib. "Report"un məlumatına görə, BEGOC-un qələbəsi ilə yekunlaşıb - 3:2.
Matç "Bayıl Arena"da baş tutub. Oyunda topa ilk zərbəni Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov və 21 yaşadək qızlardan ibarət yığmanın üzvü Nigar Cəlilli endirib.