Bu qədər qədər Kənd Təsərrüfatı Nazirliyinə məxsus Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 261 342 fermer qeydiyyatdan keçib.
Bu barədə “Report”a nazirlikdən bildirilib.
Məlumata görə, fermerlərdən 189 098 nəfəri EKTİS-də öz aqrar fəaliyyətlərini torpaq mülkiyyəti haqqında Dövlət Aktı/Şəhadətnamə əsasında rəsmiləşdiriblər. 51 820 fermer Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi çıxarış, 4 505 fermer icarə sənədi, 2 385 fermer etibarnamə, 533 fermer vərəsəlik şəhadətnaməsi, 179 fermer arayış, qalan fermerlər isə digər müvafiq sənədlər əsasında EKTİS-də qeydiyyatdan keçiblər.
Qeydiyyata düşən fermerlərin sayına görə Sabirabad rayonu ilk yeri tutur. Bu rayon üzrə subsidiya alan fermerlərin 87,86%-i, yaxud 14 390 nəfəri aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil edib. Xaçmazda 10 219, Şəkidə 9 657, Cəlilabadda 9 356, Saatlıda 8 634, Qubada 8 597, Bərdədə 8 383, İmişlidə 8 294 fermer qeydiyyat prosedurunu tamamlayıb.