Məşhur ispaniyalı futbolçu "Monako"ya transfer olub

Bakı. 12 yanvar. REPORT.AZ/ İngiltərənin "Çelsi" klubunun futbolçusu Sesk Fabreqas karyerasını "Monako"da davam etdirəcək.

"Report"un knyazlıq təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ispaniyalı yarımmüdafiəçi ilə 30 iyun 2022-ci ilədək müqavilə bağlanılıb. 31 yaşlı oyunçu 10 milyon avrodan çox bonus əldə edəcək.

Fabreqas "Çelsi"də 2014-cü ilin yayından çıxış edib. O, əvvəllər "Barselona" və "Arsenal"ın da formasını geyinib. Cinah oyunçusu bu mövsüm Premyer Liqada 6 matçın iştirakçısı olub.

Hazırda "Monako" Fransa Liqasında 19-cu pillədə qərarlaşıb. Tyerri Anrinin baş məşqçi olduğu komanda XX turda "Marsel"in qonağı olacaq. Oyun yanvarın 13-də "Velodrom" stadionunda keçiriləcək.