Belarus ABŞ diplomatlarının sayına məhudiyyəti aradan götürüb

Bakı. 11 yanvar. REPORT.AZ/ Belarus hökuməti ölkədə işləyə biləcək amerikalı diplomatların sayına olan məhdudiyyəti ləğv edib.

"Report" xəbər verir ki, bu barədə "Foreign Policy" jurnalı ABŞ Dövlət Departamentindəki mənbələrinə istinadən yazıb.

Qəzetin məlumatına görə, Belarusun xarici işlər naziri Vladimir Makey bu qərar barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçelli məlumatlandırıb.

"Bu, böyük addımdır, buzları əritmənin başlanğıcıdır", - mənbə bildirib.

Nəşrdə qeyd olunub ki, bu qərar Belarus və ABŞ arasındakı əlaqələrin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb ola bilər.