Kürdəmirdə 98 yaşlı qadın yıxılaraq ağır xəsarət alıb

Kürdəmirdə 98 yaşlı qadın yıxılaraq ağır xəsarət alıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Çöhranlı kəndində qeydə alınıb.

Kənd sakini 1921- ci il təvəllüdlü Daşdəmirova Səriyyə Pənah qızı həyətyanı sahədə gəzərkən yıxılıb.

Yaşlı qadın Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə çatdırılıb.

Xəstəyə həkimlər sol mil sümüyünün sınığı diaqnozu qoyublar.

Fakt araşdırılır.