Şirvanda mənzildən meyit aşkarlanıb - YENİLƏNİB

Şirvan. 14 yanvar. REPORT.AZ/ Şirvan şəhərində fərdi yaşayış evində tapılan meyitin kimə məxsus olduğu məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, meyit şəhərin Leytenant İbrahimov küçəsi 30, mənzil 63 ünvanında yaşayan 73 yaşlı Cəfər Məmişova məxsus olduğu bildirilir. 

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb edilib. Ehtimal olunur ki, həmin ünvanda yaşayan kişi xəstəlikdən ölə bilər.

Faktla bağlı araşdırma aparılır.


*** 19:48

Şirvan. 14 yanvar. REPORT.AZ/ Şirvanda mənzildən meyit aşkar edilib.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri Leytenant İbrahimov küçəsi 30, mənzil 63 ünvanında baş verib. 

Hələlik meyitin kimə məxsus olduğu dəqiqləşdirlməyib. Onun yaşlı kişi olduğu bildirilir. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara balanılıb. 

Daha əvvəl Şirvan şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı bir neçə nəfər xəsarət alıb.