Əfqanıstan prezidentinin müşaviri ölkədəki İŞİD silahlılarının sayını açıqlayıb

Bakı. 23 noyabr. REPORT.AZ/ "Əfqanıstan ərazisində terrorçu İŞİD qruplaşmasının 3-4 min silahlısı var".

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Əfqanıstan prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri noyabrın 23-də jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, Əfqanıstandakı İŞİD terrorçuları, əsasən, "Özbəkistan İslam Hərəkatı"nın üzvlərindən ibarətdir.

“Əfqanıstanda əcnəbi silahlıların ümumi sayı 10 min nəfərə yaxındır. Hazırda terrorçular bölgədə aparıcı dövlətlər arasında əməkdaşlığın yetərincə olmamasından yararlanırlar”, - deyə müşavir qeyd edib.