U-19-un heyətinə daha 2 futbolçu dəvət olunub

bunlar “Bakı” klubundan Umar Akmurzayev və Rusiyanın “Tosno” klubundan Ceyhun Quliyevdir

bunlar “Bakı” klubundan Umar Akmurzayev və Rusiyanın “Tosno” klubundan Ceyhun Quliyevdir

Bakı. 22 dekabr. REPORT.AZ/ Dekabrın 24-dən 31-dək Bakı şəhərində təlim-məşq toplanışında olacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə daha 2 futbolçu dəvət olunub.

"Report" Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) istinadla xəbər verir ki, bunlar “Bakı” klubundan Umar Akmurzayev və Rusiyanın “Tosno” klubundan Ceyhun Quliyevdir.