Cəbhə xəttinə ən yaxın kəndlərdən - VİDEOREPORTAJ

Ağdam. 11 dekabr. REPORT.AZ/ Ermənistan tərəfi atəşkəsi pozaraq mütəmadi olaraq Ağdam rayonunun cəbhə xəttinə yaxın ərazilərdə yerləşən kəndlərdə fərdi yaşayış evlərini, inzibati binaları və kənd təsərrüfatı ilə məşğul olan dinc sakinləri atəşə tutur. Atəşə daha çox məruz qalan rayonun Qardağlı və Çəmənli kəndləridir. Ermənistan silahlı birləşmələrinin əsgərləri bu kəndləri müşahidə altında saxlayaraq, əsasən, əkin-biçin işləri ilə məşğul olan dinc əhalini atəşə tuturlar.

"Report" cəbhə xəttinə yaxın yerləşən kəndlər barədə Qarabağ bürosunun müxbiri Şamxal Adıgözəlovun hazırladığı videoreportajı təqdim edir: