Bakının azad olunmasının 100 illiyinə həsr olunmuş sərgi açılacaq

Bakı. 11 sentyabr. REPORT.AZ/ Milli Azərbaycan Tarix Muzeyində Bakının azad olunmasının 100 illiyinə və Qafqaz İslam Ordusuna həsr olunmuş sərgi təşkil olunacaq.

"Report" xəbər verir ki, sərginin keçirilməsinə Türkiyənin Azərbaycandakı səfirliyi dəstək verəcək.

Sentyabırın 14-də start veriləcək sərgi ilin sonuna qədər davam edəcək.