Goranboydakı qəzada ölən və yaralıların kimliyi bəlli oldu - YENİLƏNİB

Goranboy rayonunda baş verən yol nəqliyyat qəzasında ölən şəxsin kimliyi məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bu Tərtər rayon sakini, 1955-ci il təvəllüdlü Əhmədov Rasim Məhəmməd oğludur.

Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralılar isə Tərtər rayon sakinləri, Rüstəmov Nafiq Qulu oğlu (1960), Babayev Ədalət Əhməd oğlu (1956), Rüstəmov Şahnaz Məhəmməd qızı (1992), Əlizadə Şövkət Taleh qızıdır (1998). Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, "VAZ" markalı avtomobilin yük maşını ilə toqquşması nəticəsində 4 nəfər yaralanıb, bir nəfər ölüb.


***21:47

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Veyisli kəndində minik avtomobili yük maşını ilə toqquşub. Nəticədə 1 nəfərin öldüyü 5 nəfərin isə yaralandığı bildirilir. 

Hazırda əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.