Beyləqanda pəhləvanın üzərindən 12 dəfə yük maşını keçib - VİDEO

O, bununla "Ginnesin rekordlar kitabına" düşmək istəyir

O, bununla

Beyləqan. 1 yanvar. REPORT.AZ/ Beyləqan rayonunda pəhləvanın üzərindən 12 dəfə yük maçını keçib.

"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, rayonun birinci Şahsevən kənd sakini İlham Hacıyev 3-4 tona qədər çəkisi olan bir neçə yük avtomobillərini 12 dəfə öz üzərindən keçirib. Bununla da "Ginnesin rekordlar kitabına" düşmək istəyən 44 yaşlı idmançı bu hərəkəti indiyədək heç bir pəhləvanın edə bilmədiyini iddia edir. 

"Report" Qarabağ bürosunun müxbiri Şamxal Adıgözəlovun hazırladığı videoreportajı təqdim edir.