KİV: Devid Bekhemin klubu "Zenit"in 2 futbolçusuna 27 milyon avro təklif edib

Gələn il ABŞ-ın MLS liqasında debüt edəcək "İnter Mayami" klubu Rusiya "Zenit"inin 2 futbolçusunu transfer etmək istəyir.

"Report" "Miami Herald"a istinadən xəbər verir ki, Devid Bekhemin də sahiblərindən biri olduğu klub argentinalı yarımmüdafiəçilər Matias Kranevitter və Sebastyan Driussi üçün Sankt-Peterburq təmsilçisinə 27 milyon avro təklif edib.

Qeyd edək ki, hər iki futbolçunun "Zenit"lə 2021-ci ilin iyununa qədər müqavilələri var.