Yevlaxda yolu keçmək istəyən kişini maşın vurub

Yevlax şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Fikrət Əmirov küçəsində yolu qarşı tərəfə keçmək istəyən 1972-ci il təvəllüdlü yerli sakin Qorxmaz Sultanovu maşın vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada elə hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.