Yunanıstanın neft-qaz şirkətinin rəhbəri Prezident İlham Əliyevi təbrik edib

Bakı. 24 dekabr. REPORT.AZ/ Yunanıstanın “Motor Oil Hellas”, “Vegas Oil and Gas” şirkətlərinin sədri Vardis Vardinoyannis və xanımı Marianna Vardinoyannis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik. Sizə həyatın ən gözəl nemətləri olan möhkəm cansağlığı, tükənməz enerji, rifah və xoşbəxtlik diləyirik.

Qoy Tanrı Sizi və doğmalarınızı qorusun! Ölkənizin və bəşəriyyətin rifahı və inkişafı naminə bütün nəcib arzularınızın həyata keçməsini arzu edirik”.