ABŞ-ın dövlət borcu Trampın prezidentliyi dövründə 544 mlrd. dollar artıb

Hazırda dövlət borcu 20,494 trilyon dollar təşkil edir

Hazırda dövlət borcu 20,494 trilyon dollar təşkil edir

Bakı. 9 fevral. REPORT.AZ/ Birləşmiş Ştatların dövlət borcu Donald Trampın prezidentliyi dövründən - 2017-ci ilin yanvar ayının sonlarından başlayaraq 544 milyard dollar artıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı CBS telekanalı məlumat yayıb.

Telekanal əvvəllər ABŞ Konqresində respublikaçılar və demokratlar arasında iki illik dövr üçün federal hökumət büdcəsi barədə əldə olunmuş sazişi təhlil edib. O, xüsusilə, 2019-cu ilin mart ayına qədər hesablaşmalarla borclanma prosesinin bərpa edilməsini nəzərdə tutur.

Bununla belə, telekanal qeyd edir ki, söhbət birbaşa dövlət borcunun ən yuxarı həddinin müəyyən səviyyəyə qədər artırılmasından getmir. Qanun layihəsi borclanma limitini qaldırmır, o borclanmanı 1 mart 2019-cu il tarixinədək dayandırır ki, bu da defisit büdcə maliyyələşdirilməsi üçün faktiki olaraq kart-blanş verir.

Telekanalın məlumatına görə, 11 dekabr 2017-ci il tarixindən dövlət borcu limiti 20,456 trln. dollar səviyyəsində dondurulub. Lakin dövlət borcu hazırda 20,494 trln. dollar təşkil edir. Dövlət borcu limiti bəzi borclanma növlərinə şamil edilmir. Ağ ev qanunvericilərin ölkənin defoltunu əngəlləyən razılaşmasını dəstəkləyir.