Məşhur Britaniya şousu Azərbaycanda çəkilib

"Amazon Prime - The Grand Tour" serialının növbəti mövsümü Azərbaycanda çəkilib

Bakı. 14 yanvar. REPORT.AZ/ "Amazon Prime - The Grand Tour" serialının növbəti mövsümü Azərbaycanda çəkilib.

Bu barədə "Report" "The Sunday Times"a istinadən xəbər verir.

Britaniyalı teleaparıcı Ceremi Klarkson məşhur "Top Gear" avtoşousundan olan həmkarları Riçard HammondCeyms Mey ilə birlikdə "The Grand Tour"un yeni mövsümünün çəkilişləri çərçivəsində bir sıra ölkələrə, o cümlədən Azərbaycana səfər ediblər.

"The Grand Tour"un yeni mövsümünü çəkmək üçün Çin, İsveç, Arizona, Fransa, Donkaster, Finlandiya, Detroyt, Monqolustan, İspaniya, Azərbaycan, Kolumbiya, Gürcüstan, Doha və Şotlandiyada olduq", - D.Klarkson deyib.

Mövsümün premyerası yanvarın 18-nə təyin olunub.

Daha əvvəl "The Grand Tour" çərçivəsində Azərbaycanın beş şəhərində yeni avtomobil markalarının test yürüşünün keçiriləcəyi bildirilirdi.