ABŞ-da təhlükəsizlik səbəbindən 700-ə yaxın insan həbs olunub

Tutulanların təqribən 75 faizi əcnəbilərdir

Tutulanların təqribən 75 faizi əcnəbilərdir

Bakı. 14 fevral. REPORT.AZ/ ABŞ-ın immiqrasiya və gömrük polisi (ICE) 75 faizi əcnəbilər olmaqla ölkə üçün təhlükə kəsb edən 680-dən çox insanı həbs edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Con Kellinin bəyanatında bildirilir.

"ICE əməkdaşları Los-Anceles, Çikaqo, Atlanta, San-Antonio və Nyu-York ərazilərində ictimai təhlükəsizlik, sərhədlərin təhlükəsizliyi və ölkəmizin immiqrasiya sisteminin bütövlüyü üçün təhlükə yaradan 680-dən çox insanı həbs edib. Onların təqribən 75 faizi əcnəbi cinayətkarlardır", — deyə bəyanatda qeyd olunur.

Onun sözlərinə görə, həbslər hüquq-mühafizə orqanlarının ötən həftə bütün ölkə üzrə apardıqları silsilə əməliyyatlar zamanı həyata keçirilib.