Azərbaycan Prezidenti Svazilend kralını təbrik edib

Məktub Svazilend Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə göndərilib

Məktub Svazilend Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə göndərilib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Svazilendin Kralı Əlahəzrət III Msvatiyə təbrik məktubu göndərib. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Əlahəzrət,

Svazilend Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".