Çin və Macarıstanda təqaüd proqramlarına sənəd qəbulunun müddəti uzadılıb

2020-2021-ci tədris ili üzrə Çin və Macarıstanda təhsil təqaüd proqramlarına sənəd qəbulunun müddəti uzadılıb.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, Hökümətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində xaricdə təhsil üçün elan edilmiş sənəd qəbulunun son müddəti Çin təqaüd proqramı üzrə 6 yanvar, Macarıstan təqaüd proqramı üzrə isə 15 yanvar 2020-ci il tarixinədək uzadılıb.

Eyni zamanda müsahibə mərhələsinə buraxılmaq üçün tətbiq edilən seçim meyarlarında bəzi dəyişikliklər edilib.