Cəlilabadda yük və minik avtomobilləri toqquşub - FOTO - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 20:13

Cəlilabad rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "KamAZ markalı yük avtomobili ilə "Tofaş" markalı minik avtomobili toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.