Gəncədə 46 yaşlı piyadanı avtomobil vurub - FOTO

Gəncə şəhərində 46 yaşlı kişini avtomobil vurub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində, Göygöl rayonuna gedən avtobusların dayanacağı olan ərazidə qeydə alınıb.

Belə ki, Göygöl rayon sakini, 1973-cü il təvəllüdlü Elxan Abbasovu yolu keçmək istəyərkən avtomobil vurub. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxansının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.