Yerevanda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub

Yerevanda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub.

"Report" xəbər verir ki, bu barədə "Shamshyan.com" bildirib.

Qeyd edilir ki, təxminən gecə saat 4 radələrində qeydə alınıb. Kanaker-Zeytun rayonunda maskalı şəxslər stansiyanın əməkdaşlarının istirahət otağına soxulublar. Onların yanacaqdoldurma məntəqəsinin əməkdaşlarını tapança, bıçaqla və elektroşokla hədələyərək pul, mobil telefonlar və kompyuteri qarət ediblər. Cinayətkarlar bundan sonra "Opel" avtomobili ilə naməlum istiqamətdə gediblər.

Məlumata görə, silahlı hücum zamanı yanacaqdoldurma məntəqəsinin 54 yaşlı işçisi Robert M. xəsarət alıb. Quldurlar onu bıçaqla yaralayıblar. Yaralı məhkəmə-tibb ekspertizasına göndərilib.