Nazirlər Kabineti Aparatının əməkdaşları ağac əkiblər

Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafında ağacəkmə aksiyası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) "Report"a verilən məlumata görə, aksiyada Nazirlər Kabineti Aparatının əməkdaşları və ETSN-in kollektivi iştirak ediblər.

“Bu yaz özün bir təbiət yarat!” devizi ilə başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində təşkil olunan aksiya zamanı 2 hektar ərazidə 1500 badam ağacı əkilib.

Qeyd edək ki, ağac tingləri ETSN-nin "Azəryaşlandşaft" ASC və Meşələrin inkişafı departamentinin tinglik sahələrində yetişdirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ağacəkmə aksiyalarına qoşulmağa çağırır.