Rusiyada yol qəzası baş verib, ölənlər və yaralananlar var

Polisin təhqiqat qrupu hadisə yerində araşdırma aparır

Polisin təhqiqat qrupu hadisə yerində araşdırma aparır

Bakı. 10 yanvar. REPORT.AZ/ Rusiyada 3 nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

"Report" xəbər verir ki, bu barədə "TASS" Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Novosibirskdə, Ordınsk şosesində qeydə alınıb. Belə ki, "VAZ 2107" və "SsangYong" avtomobilləri toqquşub.

VAZ-ın sürücüsü və 2 sərnişini aldığı zərbələrdən hadisə yerindəcə ölüblər. Həmçinin "SsangYong" avtomobilinin sürücüsü və sərnişini də xəsarət alıb.

Polisin təhqiqat qrupu hadisə yerində araşdırma aparır.