​"AGBank"da yeni təyinat olub

"AGBank"da Xəzinədarlıq departamentinə direktor vəzifəsi son 2 ildə vakant olub

Bakı. 8 iyun. REPORT.AZ/ "AGBank" ASC-nin Xəzinədarlıq departamentinə direktor təyin edilib. Bankdan "Report"a verilən məlumata görə, bu vəzifə İsi Mustafayevə həvalə edilib.

O, bundan əvvəl Azərbaycan Mərkəzi Bankının ləğv edilmiş Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Daxili nəzarət şöbəsində çalışıb.

"AGBank"da Xəzinədarlıq departamentinə direktor vəzifəsi son 2 ildə vakant olub.