İstanbulda hava çirkliliyi 30% azalıb

Koronavirusa görə insanların bayıra çıxmaması və nəqliyyat sıxlığının azalması havanın keyfiyyətini yaxşılaşdırıb.

“Report” “Sözcü”yə istinadən xəbər verir ki, İstanbul Texniki Universitetinin Meteorologiya mühəndisliyi şöbəsinin elmi işçisi Hüseyin Toros açıqlayıb.

Onun sözlərinə görə, dünyanın ən böyük şəhərlərindən olan İstanbulda hava çirkliliyi son 10 gündə 30% azalıb. O bildirib ki, özəlliklə nəqliyyat sıxlığının azalması və sənaye müəssisələrinin fəaliyyətinin məhdudlaşdırılması havanın təmizlənməsinə təsir edib.

Alimin sözlərinə görə, İstanbulun ən təmiz havalı rayonları Sarıyer, Şile və Beykozdur.