Nazirlik hava şəraiti ilə bağlı xəbərdarlıq edib

"Havada rütubətliliyin bir qədər çox olması meteohəssas insanlar üçün narahatlıq yarada bilər"

Bakı. 7 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraiti ilə bağlı meteohəssas insanlara xəbərdarlıq edib. Nazirliyin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Report"a bildirilib ki, avqustun 8-10-da Abşeron yarımadasında əsən mülayim küləklərin üstünlüyü müsbət amil olsa da, günün bəzi saatlarında havada rütubətliliyin bir qədər çox olması meteohəssas insanlar üçün narahatlıq yarada bilər.