Cənubi Koreya yaxınlığında iki gəminin toqquşması nəticəsində ölənlərin sayı 13-ə çatıb - YENİLƏNİB

Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır

Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır

Bakı. 3 dekabr. REPORT.AZ/ Sarı dənizin İnchon şəhəri yaxınlığında Cənubi Koreya bayrağı altında üzən balıqçı gəmisinin tankerlə toqquşması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır. Axtarış və xilasetmə əməliyyatında 4 vertolyot və 14 gəmi iştirak edir.

Hadisə nəticəsində həmçinin iki nəfər itkin düşüb. Hadisə zamanı gəmidə 22 nəfər olub. Zərərçəkənlərin vəziyyəti ağırdır.


***08:35

Sarı dənizin İnchon şəhəri yaxınlığında Cənubi Koreya bayrağı altında üzən balıqçı gəmisinin tankerlə toqquşması nəticəsində yeddi nəfər ölüb, 6 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Gəmidə 22 nəfər olub, iki nəfər itkin düşüb. Zərərçəkənlərin vəziyyəti ağırdır.

Axtarış və xilasetmə əməliyyatında 4 vertolyot və 14 gəmi iştirak edir.